Tacikistanda Facebook bağlandı
17 Yanvar 2013 Cümə Axşamı 11:07
Tacikistanda Facebook bağlandı. Qadağan olunmuş saytlar sırasına Azadlıq Radiosunun tacik xidməti də daxildir.
Tacikistanın rabitə xidməti internet-provayderlərindən "Facebook" sosial şəbəkəsinə girişi bağlamağı tələb edib.
ANS PRESS-in yerli provayderlərə istinadən verdiyi məlumata görə, qadağan olunmuş saytlar sırasına Azadlıq Radiosunun tacik xidməti də daxildir.
Qeyd edək ki, bu ölkədə "Facebook"a giriş keçən il noyabrın 26-dan dekabrın 7-ə kimi bağlı olmuşdu. Amma bundan sonra bəzi provayderlər bu sosial şəbəkəyə girişi açıq saxlamışdılar, çünki ölkə rəhbərliyindən yazılı göstəriş almamışdılar.
"Facebook" və başqa saytların bağlanması ABŞ və Avropa Birliyinin tənqidinə səbəb olmuşdu. Noyabrda Tacikistanda növbəti prezident seçkiləri olacaq.
DOSTLARINLA PAYLAŞ: