“Suzuki” 280 min avtomobili geri çağırır
19 Oktyabr 2010 Çərşənbə Axşamı 02:30
2007-2009-cu illərdə istehsal olunmuş “Swift” avtomobillərində qüsur aşkarlanıb.
“Suzuki” “Swift” hetçbek modelindən olan 282 min avtomobilin geri çağırıldığını elan edib. Avtomobillərin 90 min 617 ədədi Yaponiya bazarında, daha 192 min ədədi ilə digər ölkələrdə satılıb. Servis kampaniyası 2007-ci ilin mayından 2009-cu ilin sentyabrınadək istehsal olunan “Swift” avtomobillərini əhatə edir.
Servis aksiyasına “Suzuki Swift” modeli sahiblərindən arxa görüntü üçün yan güzgülərin etibarsız bərkidilməsi ilə bağlı daxil olan şikayətlər səbəb olub. Lakin “Suzuki” şirkəti bəyan edib ki, indiyədək bu qüsurla əlaqədar yol qşəzası baş verməyib.
Ənənəvi olapraq qüsurlu “Suzuki Swift” avtomobillərinin sahibləri servis stansiyalarına baş çəkməli olacaqlar. Qüsurun aradan qaodırılması ilə bağlı bütün işlər pulsuz görüləcək.
Qeyd edək ki, Yapoinya avtomobil istehsalçısı sentyabrın əvvəllərində daha bir servis aksiyasını elan etmişdi. Amma o zamankı aksiya yalnız ABŞ ərazisini əhatə edirdi. Şirkət “Equator”, “Grand Vitara” və “SX4” modellərini geri çağırmışdı. Buna avtombillərdə qüsurlu Garmin GPS naviqatorlarının yerləşdirilməsi səbəb olmuşdu. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: