“Sony” iPad-a rəqib yaratdı
01 Sentyabr 2011 Cümə Axşamı 05:05
Şirkət planşet komyuterlərinin ilk iki modelini təqdim edib
Yaponiyanın “Sony” korporasiyası planşet komyuterlərinin ilk iki modelini təqdim edib. Şirkət nümayəndələrinin sözlərinə görə, yeni məhsullar poprulyarlıqlarına görə “Applen”in iPAD-ını qabaqlamalıdırlar. Onlar bunu belə izah ediblər ki, yeni planşetlər Amerikadakı rəqiblərində olmayan funksiyya malikdirlər.

“Sony Tablet S” modeli distansion idarəetmə pultu funksiyasını yerinə yetirə bilir. Onun qiyməti yaddaş həcmindən asılı olaraq 500-600 manat arasında dəyişir. Yeni məhsul satışa dərhal çıxarılacaq.

“Sony Tablet P” isə iki paneldən ibarətdir. O, açıq vəziyyətdə planşet kimi, yarıaçıq vəziyyətdə isə noutbuk kimi işləyir. Fərq yalnız ondar ibarətdir ki, simvollar sensor ekranda yox, fiziki klaviaturada yığılır. Model qatlanmış vəziyyətdə kifayət qədər kompaktdır və qadın çantasına asanlıqla yerləşir. Bu məhsulun satışa ilin sonunda çıxarılacağı gözlənilir. Planşetin pərakəndə satış qiyməti açıqlanmayıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar