“SONY” 10 min işçisini ixtisara salacaq
13 Aprel 2012 Cümə 02:10
Şirkətin bu ili 64 milyard dollar ziyanla başa vurması gözlənilir.
“SONY” korporasiyası “Yenidən quruluş” təsbirləri çərçivəsində 10 min işçisini ixtasara salacağını açıqlayıb. “Cihan” xəbər agentliyinin məlumatına görə, tədbirlər barədə mətbuata açıqlama verən şirkət rəsmisi Kazuo Hirai illik zərərin təxminən 64 milyard dollar olacağını deyib.

Televizor istehsalında Cənubi Koreyadan “Samsung” və “LG”, telefon və musiqi pleyer alətlərində isə “Apple” ilə rəqabət etməkdə çətinlik çəkən “SONY” 10 min nəfərlik ixtisarı qarşıdakı 12 ayda həyata keçirməyi planlaşdırır.

Qeyd edək ki, bu ixtisarlardan sonra “SONY”-nin istehsal edəcəyi məhsulların sayı da azalacaq və şirkət əsasən rəqəmsal təsvir, oyun alətləri və kiçik məişət avadanlıqlarına ağırlıq verəcək.

Şirkətin televizor istehsal edən hissəsi illik 20 milyon məhsul satmasına baxmayaraq son 8 ildir ziyanla işləyir. “SONY” ziyana qarşı tədbir olaraq 2013-cü il etibariylə istehsalı 40 faiz azaltmaq yoluna gedəcək.

Xatırladaq ki, “SONY”-nin rəqiblərindən olan “SHARP” da ziyanla işləyir. Bu şirkətin isə ili 4.7 milyard dollar ziyanla başa vurması gözlənilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar