“Skype” satışa çıxarıldı
20 Noyabr 2009 Cümə 18:45
“eBay” şirkətində Skype səhmlərinin yalnız 30 faizi qalacaq
İnternet-mağaza sahəsində xidmətlər göstərən ABŞ-ın “eBay” şirkəti “Skype” rabitə xidmətinin 70 faizini investorlar qrupuna satıb. “Skype” səhmlərinin qalan 30 faizi isə “eBay”da qalacaq.

Qeyd edək ki, investorlar qrupuna “Andreessen Horowitz group”, “Silver Lake” və “Skype”ın həmtəsisçisi “Joltid Ltd” şirkətləri daxildir. Sazişin məbləği təxminən 2,025 milyard dollar təşkil edir.

Xatırladaq ki, “eBay” “Skype” şirkətini 2005-ci ildə 2,6 milyard dollara əldə edib. “Skype” dünyanın ən iri VoIP-rabitə şəbəkəsidir. Hazırda bu servisin bazasında 521 milyon akkaunt mövcuddur.
 
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar