Sim-kartları dəyişmək lazım olacaq
14 May 2013 Çərşənbə Axşamı 23:49
Mayın 15-dən etibarən Azərbaycanda mobil rəqəmsal imzaların verilməsinə başlanılacaq.
Mayın 15-dən etibarən Azərbaycanda mobil rəqəmsal imzaların ("ASAN-imza") verilməsinə başlanılacaq. Bu barədə Trend-ə Vergilər Nazirliyinin Hüquq İdarəsinin rəisi Samirə Musayeva məlumat verib. Onun sözlərinə görə, mobil rəqəmsal imzaları "ASAN xidmət" mərkəzləri və nazirliyin vergi ödəyicilərinə xidmət mərkəzlərindən əldə etmək olar.
"Mobil rəqəmsal imzalardan istifadə etmək üçün Sim-kartları dəyişmək lazım olacaq. Bununla əlaqədar olaraq mərkəzlərdə Azərbaycan mobil operatorlarının nümayəndələri işləyəcək. "ASAN-imza" əlavəsinin tətbiqi və mobil rəqəmsal imzaların sertifikatının aktivləşdirilməsi həm nazirliyin vergi ödəyicilərinə xidmət mərkəzlərində, həm də "ASAN xidmət" mərkəzlərində mümkün olacaq", - deyə Musayeva bildirib.
Mobil imza mərkəzinin yeni platforması Azərbaycanın hər üç mobil rabitə operatorunun platformaları ilə inteqrasiya olunub.
Perspektivdə 2014-cü ildən verilməsi planlaşdırılan yeni şəxsiyyət vəsiqələrində də bu əlavənin tətbiqi nəzərdə tutulub.
DOSTLARINLA PAYLAŞ: