Serj Sakrisyanın saytına haker hücumu olub
24 Yanvar 2010 Bazar 00:20
İşğalçı ölkənin prezidentinin saytındakı bəzi məlumatlar dəyişdirilib
Ermənstan prezidenti Serj Sarkisyanın rəsmi internet səhifəsi hakerlərin hücumuna məruz qalıb. Nəticədə saytda yerləşdirilmiş informasiyalarda bəzi dəyişikliklər edilib.
Ermənistan Prezident Aparatının kompüter xidmətinin şöbə müdiri Leonid Avetisyan bildirib ki, bir neçə saat ərzində saytda yaranmış problemlər aradan qaldırılıb. Onun sözlərinə görə, insidentin təfərrüatları araşdırılır.
Kavkaz-uzel.ru saytında isə anononim məlumat yerləşdirilib. Məlumatda bəzi şəxslər Ermənistan prezidentinin saytına hücumunun məsuliyyətini öz üzərlərinə götürürlər. Lakin onlar milliyyətləri və işğalçı ölkənin prezidentinin saytına hücumun səbəblərini açıqlamayıblar.
Xatırladaq ki, Ermənistan prezidentinin saytında qondarma “Dağlıq Qarabağ Respublikası”nın xəritəsi yerləşdirilib və Dağlıq Qarabağ ətrafında işğal edilmiş rayonlar da həmin xəritəyə salınıb. Azərbaycan Xarici İşlər Nazirliyi isə bu faktı erməni tərəfinin ən yüksək səviyyədə yol verdiyi təxribat kimi qiymətləndirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: