Səhiyyə nazirliyi elektron sistemdə faliyyət göstərəcək
30 Sentyabr 2009 Çərşənbə 04:45
Hazırda ölkədə elektron sistem olmadığından səhiyyə ocaqları arasında əlaqə çox zəifdir
Azərbaycanın səhiyyə nazirliyi elektron sistemə keçəcək. Bu barədə elektron sistemə keçid və standartlaşma ilə bağlı keçirdiyi tədbirdə səhiyyə nazirinin müavini Elsevər Ağayev məlumat verib. Türkiyənin səhiyyə sisteminin rəsmilərinin iştirak etdiyi toplantıda elektron sistemə keçiddə bu ölkənin təcrübəsindən istifadə ediləcəyi bildirildi. Elsevər Ağayev deyib ki, son 5 ildə ölkədə 300 müasir diaqnostika mərkəzi yaradılıb. Səhiyyə ilə bağlı dövlət proqramları işlənib hazırlanıb. Ölkəyə müasir avadanlıqlar gətirilib. Amma buna baxmayaraq elektron sistem olmadığından səhiyyə ocaqları arasında əlaqə çox zəifdir. Nazir müavini hələlik elektron səhiyyədə yalnız elektron sağlamlıq kartının hazırlanacağını bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar