Samuxun yeni elektron xəritəsi hazırlanır
11 Mart 2012 Bazar 11:55
Peyk vasitəsilə çəkilən xəritədə rayonun bütün ərazisində olan fərdi və ictimai obyektlər olacaq
Samux rayonunun yeni elektron xəritəsinin hazırlanmasına başlanılıb. Bu barədə AzərTAc-a Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Samux rayon şöbəsindən məlumat veriblər. Peyk vasitəsilə çəkilən xəritədə rayonun bütün ərazisində olan fərdi və ictimai obyektlər öz əksini tapacaq.
Əvvəlki xəritədə obyektlərin yalnız adı yazılmışdısa, yenisində onların özü, yollar da aydın şəkildə əks olunacaq.
DOSTLARINLA PAYLAŞ: