Sadəcə köklər üçün sosial şəbəkə saytı
10 Yanvar 2011 Bazar Ertəsi 04:40
Saytın ilk üzvlərindən 177 kiloluq Liza Louler burda tapdığı bir kişi ilə görüşə çıxmağa hazırlaşdığını deyib və çox xöşbəxt olduğunu bildirib.
İngiltərədə sadəcə kök insanlar üçün sosial şəbəkə saytı yaradılıb. Hovard Ceyms adlı şəxsin yaratdığı, “FunPie.co.uk” ünvanında fəaliyyət göstərən sayta sadəcə köklər üzv olur. Açıldığı ilk 12 saatda sayta 1000 nəfərin üzv olduğunu deyən Ceyms bunun çox vacib bir xidmət olduğunu deyib. “İngiltərədə 12 milyondan çox kök qadın və kişi var. Bu çox lazımlı bir addımdır”.

Bir çox şəbəkə saytlarının arıqları və mankenləri nümunə kimi göstərdiyini deyən Ceyms kök insanların da sevməyə ehtiyacı olduğunu bildirib: “Kök insanları unutmamaq lazımdır. Onların da aşiq olmağa ehtiyacı var”.

Saytın ilk üzvlərindən 177 kiloluq Liza Louler burda tapdığı bir kişi ilə görüşə çıxmağa hazırlaşdığını deyib və çox xöşbəxt olduğunu bildirib.

Xatırladaq ki, Hovard Ceyms daha əvvəl də sadəcə çirkin insanların üzv olduğu "The Ugly Bug Ball" saytını yaratmışdı. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar