Rusiyada xüsusi sosial şəbəkə yaradılacaq
25 Sentyabr 2013 Çərşənbə 10:53
Layihənin icrası 200 milyon rubla, yəni 4 milyon 940 min manata başa gələcək.
Rusiyada vətəndaşların bir-birilərinə və Fövqəladə Hallar Nazirliyinə baş vermiş təbii fəlakət haqqında informasiya ötürməsi üçün xüsusi şəbəkə yaradılacaq.

“Məkan məlumatlarının kollektiv emalı sistemi” adlanan layihənin icrası 200 milyon rubla, yəni 4 milyon 940 min manata başa gələcək. ANS PRESS-in İCT news saytına istinadla verdiyi məlumata görə, layihəni Perspektiv Tədqiqatlar Fondu maliyyələşdirəcək.

Sistem mahiyyətinə görə “ekspert sosial şəbəkə” rolunu oynayır ki, burada könüllülər müxtəlif qəza və təbii fəlakətləri aşkar edərək bu haqda “team112.ru” saytına foto,video və ya mətn formasında məlumat verəcəklər.

Qeyd edək ki, layihə 2014-cü ildə istismara veriləcək.



DOSTLARINLA PAYLAŞ:

oyunlar