Rusiyada Azərbaycanı təbliğ edən sayt fəaliyyətə başlayıb
26 Noyabr 2012 Bazar Ertəsi 11:41
“Rossiya dla vsex”də MDB-nin hər bir ölkəsi haqda məlumat var.
Rusiyanın ən aparıcı xəbər agentliyi “RİA Novosti” Azərbaycanın da daxil olduğu yeni bir layihə təqdim edib. “Rossiya dla vsex” adlı sayt MDB ölkələrinin tarixi, mədəniyyəti, gündəlik həyatı, qanunvericilik, idman, incəsənət, din, həyat tərzi, adət-ənənələr, dövlətlərin tarixi təqvimləri, hava haqqında məlumat, vakant iş yerləri, rus dilinin öyrədilməsi-bir sözlə, hər bir ölkənin özünü əks etdirir.

Bundan başqa, "Rossiya dla vsex" hər ölkənin ana dili ilə yanaşı, rus dilində də təqdim edilir. Burada eyni zamanda Azərbaycan regionları, paytaxt Bakının fotoşəkilləri, milli bayramlarımız, mətbəximiz, azərbaycanlıların Rusiyada iştirak etdikləri tədbirlər də təqdim edilir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar