Rolls-Royce Çin üçün mühərriklər hazırlayacaq
09 Noyabr 2010 Çərşənbə Axşamı 17:50
Rolls-Royce Çin üçün mühərriklər hazırlayacaq. Tərəflər arasında 1,2 milyard dollarlıq saziş imzalanıb.
“Rolls-Royce” şirkəti Çinin “China Eastern Airlines” aviaşirkəti ilə əməkdaşlığını davam etdirir. Tərəflər “Trent 700” aviamühərriklərin tədarükü haqda anlaşma imzalayıb. ANS PRESS-in Rusiya kütləvi informasiya vasitələrinə istinadən verdiyi məlumata görə, bu hadqa şirkətin yaydığı press-relizdə deyilir. Tərəflərin anlaşmasının 1,2 milyard dollar dəyərində olduğu bildirilir.

Qeyd edək ki, Çin şirkəti aviamühərrikləri “A330” təyyarələri üçün alır. 2003-cü ildə “China Eastern Airlines” “Rolls-Royce”dan “Trent 500” mühərrikərləri alıb. Anlaşma Böyük Britaniyanın baş naziri Devid Kemeronun Çinə səfəri zamanı əldə edilib. Devid Kemeronun sözlərinə görə, İngiltərə 2015-ci ilə kimi Çinlə mal dövriyyəsini iki dəfəyə kimi artırmağı planlaşdırır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar