Robot nəvə hazırlanıb
24 Dekabr 2009 Cümə Axşamı 17:40
Robot nəvə hazırlanıb. "Robovie-2" alış-veriş mərkəzlərində yaşlılara kömək edəcək.
Yaşlı vətəndaşlar üçün robotlar hazırlanıb. Nəvə robotları Yaponiyanın Araşdırma İnstitutu tərəfindən hazırlanıb. "Robovie-2" adlı robot yaşlı və əlil insanların alış-veriş zamanı ən böyük köməkçisi olacaq.

2010-cu ilin mart ayından robotların geniş istehsalına başlanılacaq. "Robovie-2"nin ilk nümunəsi hazırda Yaponiyanın Kyoto şəhərindəki supermarketdə işə başlayıb. Belə ki, bazarlıqdan əvvəl alınacaq məhsulların siyahısı e-mail vasitəsilə robota göndərilir. Robot isə məhsulların siyahısını yaddaşına qeyd edir və bu məhsulları səbətlərə doldurur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar