Rekord təsvir ölçülü noutbuk təqdim edilib
22 May 2013 Çərşənbə 07:30
Samsung şirkəti 3200x1800 pikselə malik rekord təsvir ölçülü noutbukun prototipini nümayiş etdirib.
Samsung şirkəti 3200x1800 pikselə malik rekord təsvir ölçülü noutbukun prototipini nümayiş etdirib.

Müqayisə üçün qeyd edək ki, 13,3 düymlü Apple MacBook Pro noutbukunda displeyin təsvir ölçüsü 2560x1600, Google Chromebook Pixel noutbukunda 2560x1700 piksel təşkil edir. MacBook Pro-da ekranın təsvir ölçülüyü qabiliyyəti 227 piksel/düymə, Chromebook Pixel-də 239 piksel/düymə bərabərdir. Samsung-un displeyində isə bu parametr 276 piksel/düymə çatır, Cnews yazır.

Şriftləri daha oxunaqlı, təsviri isə daha dəqiq göstərməyə kömək edən bu parametr standart noutbukda 118 piksel/düym təşkil edir.

Samsung-un yeni displeyi böyük təsvir ölçüsünə malik olmaqla yanaşı, həm də enerjidən 30 faiz səmərəli istifadə edir.

Şirkət nümayəndələri yeni ekranların kütləvi istehsalının nə vaxta planlaşdırılması barədə məlumatı dəqiqləşdirməyiblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar