Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi nüfuzlu mükafat alıb
07 May 2010 Cümə 17:45
Məlumat Hesablama Mərkəzi keyfiyyət menecment sistemi üzrə beynəlxalq uyğunluq sertifikatı alıb.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Məlumat Hesablama Mərkəzi (MHM) keyfiyyət menecment sistemi üzrə ISO 9001:2008 beynəlxalq standartın tələblərinə uyğunluq sertifikatı alıb. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, müəssisənin rəqabət qabiliyyəti və onun bazarda mövqeyi birbaşa məhsul və xidmətin keyfiyyətindən, həmçinin biznes proseslərinin stabilliyindən asılıdır.

Menecment sisteminin sertifikatlaşdırılmasına hazırlığın əsas məqsədi müəssisənin dəqiq və effektiv idarə olunması sisteminin yaradılmasından ibarət olub. Məlumat Hesablama Mərkəzinin sertifikatlaşdırılması İsveçrənin müstəqil ekspertiza, sertifikatlaşdırma və laborator tədqiqatlarla məşğul olan İsveçrənin SGS şirkəti tərəfindən həyata keçirilib.

Xatırladaq ki, bu, MHM tərəfindən əldə olunmuş ikinci ISO beynəlxalq standartlara uyğunluq sertifikatıdır. İlk sertifikatını isə Mərkəz hələ 2007-ci ildə alıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar