Qurğuşundan qızıl almağın üsulu tapıldı
22 İyul 2013 Bazar Ertəsi 21:47
Neytron ulduzlarının qovuşması zamanı ağır elementlər radioaktiv parçalandıqda qızıl yaranır.
Bu dəfə qurğuşundan qızıl almaq üsulunu Axundovun qəhrəmanı İbrahimxəlil kimyagər deyil, Harvard universitetinin əməkdaşları tapıblar.
ANS PRESS “The Astrophysical Journal Letters”ə istinadən bildirir ki, alimlər bu qərara gəlibləri ki, qızıl neytron ulduzlarının qovuşması zamanı yarana bilər. Bu hadisələr zamanı yaran infraqırmızı şüaların müşahidəsi göstərib ki, ağır elementlər radioaktiv parçalandıqda qızıl yaranır. Təqdiqatçılar qamma-partlayış baş vermiş yeri kosmik teleskop “Hubble”dan müşahidə ediblər. Partlayışı isə 3 iyun 2013-cü ildə rentgen teleskopu “Swift” qeydə alıb.
DOSTLARINLA PAYLAŞ: