“QƏŞŞŞŞƏNG” kampaniyasında 15 min müştəri iştirak edib
13 Dekabr 2010 Bazar Ertəsi 13:15
“Unibank”ın bu adda keçirdiyi lotereya kampaniyasının 3-cü tirajı baş tutub
“Unibank”da pul köçürmələrini göndərən və alan müştərilər arasında keçən “QƏŞŞŞŞƏNG” lotereya kampaniyasının 3-cü tirajı keçirilib. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, “Mobitel” şirkətinin dəstəyi ilə təşkil olunan bu aksiyada noyabr ayındakı təcili pul köçürmələri əməliyyatları aparan 50 müştəri “Nokia Supernova 7210” mobil telefonları qazandılar. Bütün qaliblər müstəqil müşahidəçilərin iştirakı ilə təsadüfi kompüter seçimi üsulu əsasında müəyyən olunublar.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydiyyatdan keçən lotereyanın şərtlərinə əsasən, ən azı 300 USD, EUR və ya 9000 RUR həcmdə təcili pul köçürməsi göndərən və ya alanlar uduşların oynanılmasında iştirak edirlər. Nəticədə ötən ayın yekunlarına görə bankın 4341 müştərisi “QƏŞŞŞŞƏNG” kampaniyasına qoşularaq, lotereyada iştirak üçün şans qazanıb. Ümumi hesabda isə sentyabr, oktyabr və noyabr aylarında “QƏŞŞŞŞƏNG” kampaniyasında 15 minə yaxın müştəri iştirak edib.

Qeyd edək ki, 300 USD, EUR və ya 9000 RUR məbləğində olan hər bir pul köçürməsi uduş üçün 1 şans verir. “Unibank” tərəfindən bu şansların sayı məhdudlaşdırılmadığından, yuxarıda göstərilən məbləğdə pul köçürmələrinin sayı artdıqca, lotereya iştirakçılarının şanslar da artır. “QƏŞŞŞŞƏNG” kampaniyası çərçivəsində “Unibankla pul köçürün və ya alın, “Mobitel” zəmanətli “Nokia Supernova” telefonları qazanın!!” tirajlı stimullaşdırıcı lotereyanın növbəti tirajı 2011-ci ilin yanvarın 14-də Bankın baş ofisində keçiriləcək.

Hazırda “Unibank” səkkiz pul köçürmələri sistemi - “Western Union”, “Faster”, “Xpress Money”, “Bıstraya Poçta”, “Coinstar”, “BLİZKO”, “Zolotaya Korona”, “Contact” ilə işləyir. Qeyd edək ki, son bir ildə Bankın təcili pul köçürmə sistemləri üzrə əməliyyatların həcmi 139 faiz artıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar