“Parabank”da “Mobil Bank” xidməti
21 Oktyabr 2009 Çərşənbə 19:25
Müştərilər yerləşdikləri məkandan asılı olmayaraq 24 saat ərzində öz hesablarını yoxlaya biləcək
“Parabank”ın müştəriləri bundan sonra "MobilBank" xidməti ilə yerləşdikləri məkandan və vaxtdan asılı olmayaraq 24 saat ərzində öz hesabları ilə balansı yoxlaya biləcək. Həmçinin balansdan çıxarış əldə etmək, “Card to Card” əməliyyatı (bir kart hesabından digər kart hesabına valyutasından asılı olmayaraq məbləğin nağdsız şəkildə köçürülməsi), "Azercell" ödəmələri, elektrik ödəməsi, şəhərdaxili və şəhərlərarası telefon danışıqlarının ödəmələri, SW Travel və internet ödəmə əməliyyatları edə biləcək.

"Mobil Bank" sisteminə qoşulmaq üçün ilk öncə müştəri "Azercell Telekom" müştəri xidmətləri şöbəsinə yaxınlaşaraq yeni sim-kartı və ya köhnə sim-kartı olduğu halda onun dublikatını çıxartmalıdır. "Azercell Telekom"un əməkdaşına müraciət edərək "Mobil Bank" sisteminə qoşulmaq istədiyini bildirməlidir. Telefonun menyusunda "Azercell" bəndində "MobilBank" bəndi əlavə ediləcək. Bundan sonra müştəri sistemə qoşulmaq üçün "Parabank"ın xidmət qurumlarına müraciət etməlidir.

Müştərinin kart hesabında edilmiş hər əməliyyat barədə məlumat onun mobil telefonuna SMS şəklində göndərilir. Qeyd edək ki, hər SMS-ə görə müştərinin balansından 0,1 manat (22 kontur) silinir.

Qeyd edək ki, bankın xidmət şəbəkəsinin ardıcıl olaraq genişlənməsi, məhsul çeşidlərinin artırılması, o cümlədən günün tələblərinə cavab verən xidmətlərin yaradılması PARABANK üçün əhəmiyyətli rol oynayır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar