Pakistandan daha bir qadağa
20 May 2010 Cümə Axşamı 20:25
İslam ölkəsi bu dəfə də “youtube” portalının yayımını dayandırdı.
Pakistanda “Facebook” sosial şəbəkəsindən sonra “youtube” portalına da giriş məhdudlaşdırılıb. Portala girişin məhdudlaşdırılmasına səbəb həmin internet saytında insanların dini inanclarını təhqir edən videoçarxların yayımlanması göstərilib.
Pakistan Telekommunikasiya İdarəsi qərarın Lahor Ali Məhkəməsi tərəfindən qəbul edildiyini bildirib.
Qeyd edək ki, Pakistan məhkəməsi dünən Məhəmməd (s.ə.s) peyğəmbərin karikaturaları müsabiqəsinin keçirildiyi “Facebook” sosial şəbəkəsinə girişin məhdudlaşdırılması barədə qərar qəbul edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: