Pakistan məhkəməsi “Facebook”un bağlanmasına qərar verdi
19 May 2010 Çərşənbə 17:15
Sosial şəbəkə Facebookda İslam peyğəmbərini təhqir edən yarış keçirilir.
Pakistan məhkəməsi hökumətdən Məhəmməd (s.ə.s) peyğəmbərin karikaturaları müsabiqəsinin keçirildiyi “Facebook” sosial şəbəkəsinə girişin məhdudlaşdırılmasını tələb edib.

Lahor Ali Məhkəməsinə müraciət edən İslam Vəkilləri Forumunun təmsilçisi Ezher Sıddıq bildirib ki, təşkil olunan yarışda İslam peyğəmbəri təhqir olunduğundan məhkəmə may ayının 31-nə qədər sosial şəbəkəyə girişin məhdudlaşdırılması barədə qərar verib. Bundan əlavə, Xarici İşlər Nazirliyindən bu cür yarışın hansı səbəbdən keçirilməsini araşdırmaq tələb edilib.

Pakistan Telekommunikasiya İdarəsi isə hökumətdən internet provayderlərinə peyğəmbərin karikaturalarının dərc olunduğu saytlara girişin bağlanması barədə təlimat verildiyini desə də, bu barədə məhkəmə qərarının hələ ki, təqdim olunmadığını söyləyib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar