Özbək milyarder populyar sosial şəbəkəni ələ keçirdi
24 Yanvar 2014 Cümə 22:40
"VKontakte" sosial şəbəkəsinin banisi Pavel Durov öz səhmlərini satıb
Postsovet məkanında geniş yayılmış "VKontakte" sosial şəbəkəsinin banisi Pavel Durov öz səhmlərini satıb.

ANS PRESS “Vedomosti” qəzetinə istinadən bildirir ki, yeni səhmləri özbək milyarder Alişer Usmanovun ortağı İvan Tavrinə məxsus "Meqafon" şirkəti alıb. Daha öncə Usmanov “Mail.Ru Group” vasitəsi ilə "VKontakte"nin səhmlərinin 40%-ə qədər nəzarət edirdi. İndi biznesmen ona yaxın qruplar vasitəsi ilə "VKontakte"nin səhmlərinin 52%-ə nəzarətini ələ keçirib.

Hazırda “Vkontakte”nin istifadəçilərinin sayı 91 milyondan artıqdır. Qeydiyyat pulsuzdur, hər kəs orada qeydiyyatdan keçə bilər. Sayt dünyanın bir çox dillərinə tərcümə olunub. Onun Azərbaycan dilində də versiyası var.


DOSTLARINLA PAYLAŞ:

oyunlar