Ölkədə bankomatların sayı 11.7 faiz artıb
28 Yanvar 2011 Cümə 13:05
Yeni quraşdırılan bankomatların sayında isə azalma qeyd alınıb.
Bu ilin yanvarın 1-nə olan tarixə Azərbaycanda banklar tərəfindən quraşdırılmış bankomatların sayı 1,892 min ədəd təşkil edib. Mərkəzi Bankdan ANS PRESS-ə verilən məlumata görə, bu, 2010-cu ilin əvvəlinə olan göstəricidən 11,7 faiz çoxdur.
Məlumata görə, bu ilin əvvəlinə Bakıda 1 053 quraşdırılıb ki, bu da ötən illə müqayisədə 9,8 faiz artım deməkdir. Regionlarda isə bu müddət ərzində 839 bankomat quraşdırılıb ki, bu da bir il ərzində 14,1 faiz artıma bərabərdir.
2010-cu ildə respublikanın ticarət və xidmət obyektlərində quraşdırılmış pos-terminalların sayında isə azalma müşahidə edilib. 2011-ci il yanvarın 1-nə onların sayı 7,872 min ədəd (azalma 9,1 faiz) təşkil edib. Bu müddət ərzində Bakıda 7,069 min pos-terminal quraşdırıb. Bu, 10,2 faiz azalma deməkdir. Regionlarda isə 803 pos-terminal quraşdırılıb ki, bu da 2,1 faiz artım deməkdir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: