Nokia firması qolbaq telefon buraxacaq
20 Oktyabr 2013 Bazar 00:43
Nokia firması qolbaq telefon buraxacaq. Qolbağ hər birində müxtəlif məlumat təsvir olan 6 sensordan ibarət olacaq.
“Nokia” yeni qurğunun patentini almaq qərarında gəlib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu qurğu 6 sensora malik qolbaqdır. Buna uyğun olaraq, ərizə ABŞ-ın Patent İdarəsinə keçən ilin avqust ayında təqdim edilib.

Qolbağın kod adı “Fecet”dir. Bu qolbağ hər birində müxtəlif məlumat təsvir edilən 6 sensordan ibarətdir. Bu məlumatlar- saat, elektron məktub kimi məlumatlar ola bilər. Barmaq toxunuşu ilə məlumatları bir ekrandan o biri ekrana keçirmək olur.

Bununla yanaşı, qolbaq mobil telefon funksiyalarını da yerinə yetirə biləcək. Şirkətdə “Facet”in hazır prototipi var, amma istehsala nə zaman başlayacaqları hələki məlum deyil.


DOSTLARINLA PAYLAŞ:

oyunlar