Nokia Finlandiyada mobil telefon istehsalını dayandırır
01 Avqust 2012 Çərşənbə 16:25
Nokia Finlandiyada mobil telefon istehsalını dayandırır. İstehsalın dayandırılması nəticəsində 780 nəfər işdən azad ediləcək.
Finlandiyanın Salo şəhərində yerləşən "Nokia" şirkətinin mobil telefon istehsalı üzrə fabriki bu ilin sentyabrında işini dayandıracaq. Müəssisə "Nokia"nın Finlandiyadakı yeganə istehsalat sahəsidir və son telefon aparatı burada iyulun 25-də buraxılıb.

İstehsalın dayandırılması nəticəsində 780 nəfər işdən azad ediləcək. Lenta-nın məlumatına görə, şirkət işdən azad ediləcək əməkdaşlarına xüsusi dəstək proqramını təklif etmək niyyətindədir.

Xatırladaq ki, "Nokia" istehsalın Şərqi Asiyaya koçürülməsi planları ilə fevralda bölüşmüşdür. 2012-ci ildə şirkət həmçinin Almaniya və Kanadada elmi-tədqiqat mərkəzlərini bağlayıb. Bu addımla şirkət 2013-cü ilin sonuna 2 milyard dollara qənaət etmək niyyətindədir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar