
Yaponiyanın avtomobil şirkəti Nissan bu gün Sankt-Peterburqda avtomobil zavodu açıb. RBC-nın məlumatına görə, zavod Peterburqun şimal-qərb hissəsində açılıb. Zavodun açılışında Rusiyanın baş naziri Vladimir Putin və Nissan şirkətinin prezidenti Karlos Qon iştirak edib. Yenicə açılmış zavodun konveyerindən çıxan ilk maşın Nissan Teana olub.
2010 –cu ilin yazında isə Peterburqda Kanadanın Magna şirkəti də öz avtokomponentlər zavodunu açacaq. /ANS PRESS/