Nissan 600 mindən çox avtomobili geri çağırır
12 Noyabr 2010 Cümə 02:45
Bu addıma idarəetmədəki problemlər və akkumlyator batareyalarının qoşulması üçün kabeldəki nasazlıqlar səbəb olub.
Yaponiyanın “Nissan” avtokonserni Şimali və Cənubi Amerika ərazisində, eləcə də Afrika qitəsi ölkələrində satılmış 600 mindən çox avtomobili geri çağırıldığını elan edib. Maşınların geri çağırılmasına idarəetmədəki problemlər və akkumlyator batareyalarının qoşulması üçün kabeldəki nasazlıqlar səbəb olub. İdarəetmədəki problemlə əlaqədar əsasən 300 min “Frontier” və 280 min “Xterra” modeli geri çağırılır. Kabellərdəki problem isə “Sentra” modelindən olan 18,5 min minik avtomobilinin geri çağırılmasına səbəb olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: