Nissan 345 min avtomobili satışdan yığacaq
05 Dekabr 2009 Şənbə 05:05
Nissan 345 min avtomobili satışdan yığacaq. Şirkət rəsmisi bu avtomobillərin yanacaq göstəricisi və əyləc pedallarında problemlər olduğunu bildirib.
"Nissan" avtomobil şirkəti istehsalatda yol verilmiş xətalara görə 345 306 avtomaşını geri istəyib. Mərkəzi Yaponiyada olan "Nissan" şirkətinin mətbuat sözçüsü Mitsuri Yonekava bildirib ki, bu avtomobillərin yanacaq göstəricisi və əyləc pedallarında problemlər var. Şirkət rəsmisi bu avtomobillərdən 92 faizinin Yaponiyada, qalanının isə Asiyada satıldığını bildirib. Nəqliyyat Nazirliyi isə indiyə qədər əyləc və yanacaq göstəricisindəki problemə görə qəza qeydə alınmadığını bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: