Naxçıvanda Çin avtomobili yığılacaq
12 Yanvar 2010 Çərşənbə Axşamı 11:05
Naxçıvan Avtomobil Zavodu istehsal etdiyi ilk “Naz Lifan” avtomobilinin təqdimatını keçirib
Azərbaycanda yeni avtomobil zavodu fəaliyyətə başlayıb. Naxçıvan Avtomobil Zavodu istehsal etdiyi ilk “Naz Lifan” avtomobilinin təqdimatını keçirib.
Zavodun rəhbərliyindən verilən məlumata görə, artıq “Naz Lifan” avtomobilləri üçün sifarişlərin qəbuluna da başlanılıb. Zavodda gün ərzində 5-7 minik avtomobilinin istehsalı nəzərdə tutulur.
Çindən gətirilən ehtiyat hissələrinin yığılması prosesi zavodun istehsal sexində aparılır. Bəzi hissələr isə yerli mütəxəssislər tərəfindən hazırlanır.
Xatırladaq ki, 2009-cu ilin may ayında Pekində keçirilən Çin-Azərbaycan biznes-forumu çərçivəsində Naxçıvan Avtomobil Zavodu ilə Çinin “Lifan” avtomobil korporasiyası arasında əməkdaşlıq sazişi imzalanıb. Sazişə əsasən, Naxçıvanda “Lifan” minik avtomobillərinin yığılması həyata keçiriləcək. Zavodda “Lifan-320”, “Lifan-520” və “Lifan-620” modelləri yığılacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: