"Nar Mobile" şəbəkəsində texniki qəza baş verib
18 May 2012 Cümə 17:40
Mobil operatorun şəbəkə xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə planlı təkmilləşdirmə işləri aparır.
“Nar Mobile” öz abonentlərini təkmilləşdirmə işləri ilə əlaqədar olaraq şəbəkədə yaşanmış texniki problemlərin olması barədə xəbərdar edir. Şirkətdən ANS PRESS-ə verilən məlumata görə, təkmilləşdirmə işləri aparıldıqda zənglərin edilməsində və bəzi xidmətlərin istifadəsində müvəqqəti çətinliklər yarana bilər.

Təkmilləşdirmə üzrə nəzərdə tutulan işlər qısa müddətdə başa çatdırılacaq və tam genişli xidmət bərpa olunacaq.

“Nar Mobile” yaranmış problemi abonentlərin anlayışlı qəbul edəcəyinə ümid edir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar