Müsəlmanlar üçün "Apple"dan yeni telefon
11 Avqust 2010 Çərşənbə 23:40
"iPray" və "iKoran" adı verilən telefonlar "iPhone" telefon nəslindəndir.
Assoşeytid press xəbər agentliklərinin verdiyi məlumata görə, "Apple" şirkəti müsəlmanlar üçün xüsusi İslam telefonları hazırlayıb. "Məkkəni tapın" və "məscid axtar" adlı proqramların olduğu telefonlar olduğun yerin qibləsini və sənə yaxın olan məscidlərin xəritəsini göstərir. "iPray" və "iKoran" adı verilən telefonlar "iPhone" telefon nəslindəndir. Bundan başqa telefonlarda səsli və yazılı şəkildə Quran proqramları da yüklənib. Xəbərə görə, telefonlar bu yaxınlarda satışa çıxarılacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: