“Multiclair” texnologiyalarının təqdimatı keçiriləcək
02 Dekabr 2009 Çərşənbə 11:55
“Multiclair” texnologiyalarının təqdimatı keçiriləcək. “AtaHoldinq” Almaniya şirkətini Azərbaycana tanıdacaq.
“AtaHoldinq” Açıq Səhmdar Cəmiyyəti bütün növ (çirkab sularının, ağır metal, yağlar, orqanik birləşmələr və virusların) yeni texnologiyalarla keyfiyyətli və daha az bir zamanda təmizlənməsini həyata keçirən Almaniyanın “Multiclair” şirkətinin rəsmi təmsilçisidir.
“AtaHoldinq”dən ANS PRESS-ə verilən məlumata görə, bu şirkət və onun imkanları barədə geniş məlumat almaq üçün bu ilin dekabrın 16-da “Multiclair” şirkətinin tətbiq etdiyi texnologiyaların təqdimat mərasimi keçiriləcək. Təqdimatı "Multiclair” şirkətinin nümayəndələri keçirəcəklər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: