Müəllimlər noutbuklara üstünlük verir
25 Avqust 2009 Çərşənbə Axşamı 20:45
"Xalq kompüteri" layihəsinin birinci mərhələsində 2400 kompüter satılıb
Güzəştli şərtlərlə kompüterlərin satışını nəzərdə tutan "Xalq kompüteri" layihəsinin birinci mərhələsi başa çatmaq üzrədir. Ötən 4 ay ərzində pilot layihə çərçivəsində 2400 fərdi kompüter satılıb ki, onların da əksəriyyəti noutbuklardır.

Layihənin icraçısı olan «HP» şirkətinin məlumatına görə, yay aylarında məzuniyyət və tətillərlə əlaqədar satış həcmi xeyli azalıb.

Xatırladaq ki, pilot layihə çərçivəsində kompüterlər yalnız müəllimlərə satılır. Layihə avadanlıqların 12 aya, faizsiz, bazar qiymətindən 25-40 faiz aşağı satışını nəzərdə tutur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar