Mobil telefonlarda daşınan nömreler ne vaxtdan işe düşecek?
10 Sentyabr 2013 Çərşənbə Axşamı 12:17
Mobil telefonlarda daşınan nömreler ne vaxtdan işe düşecek? Hazırda bu istiqametde mobil operatorlar hazırlıq işleri görür.
“Mobil telefonlarda daşınan nömrələr xidmətinin tətbiqində ləngimə mövcuddur. Biz operatorlara xəbərdarlıq etmişik”. ANS PRESS-in məlumatına görə, bu sözləri rabitə və texnologiyalar nazirinin müavini Elmir Vəlizadə jurnalistlərə bildirib. Onun sözlərinə görə, hazırda bu istiqamətdə mobil operatorlar hazırlıq işləri görür.
“Biz də gözləmə mövqeyindəyik. Əks halda bu istiqamətdə məhkəməyə müraciət edəcəyik. Operatorlar bu addımı tezliklə həyata keçirməsələr, qısa zaman kəsiyində nazirlik məhkəməyə müraciət etməli olacaq. Artıq bununla bağlı operatorlara vaxt qoyulub”, - deyə Elmir Vəlizadə bildirib.
Nazir müavinin sözlərinə görə, yaxın vaxtlarda İnformasiya Texnologiyalar Fondu da fəaliyyətin tam quracaq. Fondun fəaliyyəti İKT sahəsində bütün sahələri əhata edəcək.
DOSTLARINLA PAYLAŞ: