Mobil telefonlar təhlükəlidir
01 İyun 2011 Çərşənbə 10:03
Ümumdünya Səhiyyə Təşkilatı bunu xəbərdarlıq edib
Mobil telefonlar insan sağlamlığı üçün təhlükəlidir və onkoloji xəstəliklərə səbəb olur. Ümumdünya Səhiyyə Təşkilatı mobil telefon sahiblərinə bunu xəbərdarlıq edib.

Ümumdünya Səhiyyə Təşkilatının müvafiq komissiyasının üzvləri insanlarda xərçəng xəstəliyi ilə telefon, mikrodalğalı sobalar və radarlardan çıxan elektromaqnit şüalar arasında əlaqəni təhlil ediblər. Nəticədə mütəxəsislər mobil telefonları 2B sinfinə aid ediblər. Bu isə o deməkdir ki, mobil telefonlar xəstəlik təhlükəsi yaradır. Alimlər eyni zamanda etiraf edirlər ki, dəqiq cavab üçün hələ bir çox araşdırmalar aparılmalıdır.

Xatırladaq ki, bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatı mobil telefonlardan istifadənin beyin xərçənginə səbəb olduğunu qəbul etməmişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar