Mobil telefonlar paltardan enerji alacaq
14 Yanvar 2013 Bazar Ertəsi 22:38
Yaponiyalı alimlər ağlasığmaz ixtiraya imza atıblar
Yaponiyalı alimlər yeni bir ixtira ediblər. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, onlar mobil telefonun batareyasını doldura biləcək parça yaradıblar. Belə ki, bu enerjini geyim günəş şüalarından alır. “Əl telefonu”nun batareyasını doldurmaq üçün telefonun istifadəçisi onu paltara yaxınlaşdırıb, paltarın “qoşmaq” düyməsini basaraq telefonunu geyiminə qoşacaq.
Yenilik hələ ki, satışa çıxaçılmayıb. Alimlərin fikrincə, bu icad üzərində xeyli işləmək lazımdır. Amma bununla belə, artıq icadı edən alimlərlə bir çox telefon istehsalçısı şirkətləri əlaqə saxlayıb.
DOSTLARINLA PAYLAŞ: