Mobil telefon qurtarıb mismar verim?
13 Aprel 2011 Çərşənbə 05:13
İnternet ticarəti yoluyla mobil telefon almaq istəyən şəxsə göndərilən bağlamadan mismar çıxıb
Türkiyədə internet ticarəti yoluyla mobil telefon almaq istəyən şəxsə göndərilən bağlamadan mismar çıxıb. “CNN Türk”ün məlumatına görə, Trabzon vilayəti Araklı rayonu sakini 17 yaşlı Murad Furtan daha ucuz ala biləcəyini hesab edərək internetlə “Nokia 5800” telefonu sifariş verib. “On-line” üsulla Burak Mermer adlı şəxsə 250 lirə (131 manat) ödəyən Furtana poçtla göndərilən bağlamadan 12 ədəd 10-luq tikinti mismarı çıxıb. Polisə müraciət edən Murad Furtan Burak Mərmər adlı şəxs tərəfindən aldıldığını bildirb. B. Mərmərin Qaziantepdə daim yazıldığını aşkarlayan polis vilayət polisi ilə əməkdaşlıq edərək şübhəlinin saxlanılması üçün əməliyyatlara başlayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar