Milli Net Müsabiqəsi başlayır
29 Sentyabr 2009 Çərşənbə Axşamı 01:48
Sabah Azərbaycan İnternet Forumunun təsis etdiyii Milli Net - Milli İnternet Mükafatı Müsabiqəsinin başlanmasına həsr olunan mətbuat konfransı keçiriləcək.
Sabah Azərbaycan İnternet Forumunun təsis etdiyii Milli Net - Milli İnternet Mükafatı Müsabiqəsinin başlanmasına həsr olunan mətbuat konfransı keçiriləcək.

Milli Net-2009 ölkədə İnternetin inkişafına və populyarlaşmasına dəstək məqsədilə AİF tərəfindən təsis olunan peşəkar İnternet mükafatıdır.

Mətbuat Konfransında Milli Net-2009 Müsabiqəsinin məqsədi, qaydaları, mərhələləri, qiymətləndirmə meyarları haqqında məlumat veriləcək .

Mətbuat Konfransında Milli Net – 2009 Müsabiqəsinin rəsmi saytı – www.millinet.az  təqdim olunacaq.

Mətbuat konfransı 30 sentyabr 2009-cu il tarixdə saat 12-də TREND İnformasiya Agentliyinin konfrans zalında keçiriləcək.

Milli Net
Təşkilat Komitəsi


DOSTLARINLA PAYLAŞ:

oyunlar