Metroda internetə giriş pulsuz olacaq
17 Dekabr 2011 Şənbə 19:54
“Məşədi Əzizbəyov” stansiyasında “Wi-Fi” şəbəkəsi qurulacaq.
Tamamilə yenidən qurularaq bu günlərdə istifadəyə veriləcək “Məşədi Əzizbəyov” stansiyası ən yeni texnologiyalarla təchiz edilib. Stansiyada simsiz internet – “Wi-Fi” şəbəkəsi qurulacaq. Hazırda bu istiqamətdə işlər gedir.

Bakı Metropolitenindən verilən məlumata görə, stansiyada yüksəksürətli internetə giriş pulsuz olacaq. Vətəndaşlar metro stansiyalarında rahat şəkildə internetə daxil ola biləcəklər.

Bundan əlavə, stansiyada məlumat monitorları, informasiya köşkləri, gündəlik xəbərləri izləmək üçün elektron tablolar qurulacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar