Mercedes-Benz gələn il yeni avtomobil modelini satışa çıxaracaq
07 Aprel 2011 Cümə Axşamı 11:42
Almaniyanın «Mercedes-Benz» şirkəti yeni «A-Class» avtomobil modelinin rəsmi şəkillərini dərc edib.
Bakı. Nicat Mustafayev – APA-Economics. Almaniyanın «Mercedes-Benz» şirkəti yeni «A-Class» avtomobil modelinin rəsmi şəkillərini dərc edib.
«APA-Economics»in məlumatına görə, yeni model satışa 2012-ci ildə çıxarılacaq. Yeni «A-Class» bundan öncəki model kimi balaca olmayacaq. Klassik xetç-bekə bənzəyən bu model Şanxayda keçiriləcək beynəlxalq avtosərgidə ilk dəfə nümayiş olunacaq. Sərgidə üçqapılı «A-Class»ın təqdimatı keçiriləcək.
Yeni model əvvəllər oluğu kimi 2 litrlik (210 at gücü) benzin mühərriki ilə təchiz olunacaq.
DOSTLARINLA PAYLAŞ: