Məmurlara Odnoklassniki və Facebook saytlarına girmək qadağan edildi
29 Dekabr 2009 Çərşənbə Axşamı 04:00
Kişinyovda məmurlara Odnoklassniki və Facebook saytlarına girmək qadağan edildi. Daxili araşdırma göstərib ki, işçilər iş saatlarının çoxunu bu saytlarda keçirirlər.
Kişinyovun seri Dorin Kirtoake məmurlara “Odnoklasniki” və “Facebook” sosial şəbəkələrinin saytlarına daxil olmağı qadağan edib. Mer daxili araşdırmadan sonra əmin olub ki, işçilər iş saatlarının çoxunu internetdə, xüsusilə, adıçəkilən saytlarda keçirirlər.
Kişinyovun meri keçirdiyi iclasda bildirib ki, “boşboğazlıq” üçün nəzərdə tutulmuş saytlara giriş bağlanacaq. Məqsəd meriya işçilərinin işə daha çox vaxt ayırmasını təmin etməkdir. Bundan başqa, mer internetdə çox vaxt keçirən məmurlardan izahat yazmalarını tələb edib. Merin sözlərinə görə, işçilər bir ay ərzində “Odnoklasniki” və “Facebook” sosial şəbəkələrinin saytlarından təxminən 600 saat istifadə ediblər və 123 gigabayt informasiya yükləyiblər.
Bu arada bəzi saytlarda yayılmış məlumatlara görə, Kişinyov merinin özü həm “Odnoklasniki”Ö həm də “Facebook” saytlarında qeydiyyatdan keçib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: