Məhbusların səhifəsi "Facebook"dan silindi
11 Fevral 2010 Cümə Axşamı 17:45
Məhbusların səhifəsi "Facebook"dan silindi. Şəbəkə sahibləri bu addımı atmaq məcburiyyətində qalıb.
“Facebook” sosial şəbəkəsi 30 britaniyalı məhbusun şəxsi səhifəsini ləğv edib. Bu barədə Böyük Britaniyanın ədliyyə naziri Cek Stro məlumat verib. Onun sözlərinə görə, şəbəkə sahibləri bu addımı atmaq məcburiyyətində qalıb. Çünki sözügedən məhbuslar öz qurbanlarına təhdidlərlə dolu məktublar göndərməyə başlayıb.

Stro həmçinin gələcəkdə “Facebook”un “arzuolunmaz səhifəni silmək” düyməsini hökumətin elə birinci xahişindəcə basacağına ümid etdiyini bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar