“Land Rover” Hindistanda istehsal olunacaq?
16 Avqust 2010 Bazar Ertəsi 11:10
Bunu Land Rover brendini alan “Tata Motors” reallaşdırmaq niyyətindədir.
Böyük Britaniyanın tanınmış “Jaguar” və “Land Rover” avtomobil brendlərini alan Hindistanın “Tata Motors” avtomobil istehsalçısı bu model avtomobilləri Hindistandakı zavodunda yığmağa başlayacaq. Bu, “Jaguar” və “Land Rover” brendlərinin xərclərini azaldacaq və avtomobilin satışını genişləndirəcək.
Bundan başqa, “Tata” konserni “Land Rover” avtomobilini istehsal etmək üçün Çində tərəfdaş axtarır və bununla bağlı danışıqlar axtarır. Bu addım Asiya və Avstraliya avtomobil bazarlarına ixracın qiymətini azaltmaq üçün atılır. Ehtimal var ki, Hindistanda və Çində istehsal ediləcək “Land Rover” avtomobilləri bütün dünyanın avtomobil bazarında satıla biləcək.
Qeyd edək ki, “Jaguar” və “Land Rover” 2010-cu ildəki satışı Hindistanın “Tata Motors” konserninə ilin ikinci rübündə 19.9 milyard rupi (429 600 000 dollar) xalis mənfəət əldə edib. Belə ki, “Jaguar Land Rover”in özünün gəliri isə 348 milyon dollar təşkil edib. Bu, ötən ilin eyni dövrün ikinci rübü ilə müqayisədə 3.3 milyard rupi yaxşı göstəricidir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: