Lada Kalina avtomobillərinin istehsalı dayandırıldı
01 May 2011 Bazar 03:45
Bu gündən “AvtoVAZ”da yenidənqurma işləri başlayır. Lada Kalina avtomobillərinin istehsalı dayandırıldı.
Rusiyanın “AvtoVAZ” şirkəti mayın 1-dən 15-inədək “Lada Kalina” avtomobillərinin istehsalı üzrə kompleksin avadanlıqlarının müasirləşdirilməsi işləri aparacaq. Məlumatı müəssisənin mətbuat xidməti yayıb. Məlumatda deyilir ki, avadanlıqlar müasirləşdirildikdən sonra kompleksdə iki növbədə 5 günlük iş həftəsi nəzərdə tutulur.

Bu ilin mayında “AvtoVAZ”da 42 min 516, “İjAvto”da isə 3 min 120 “Lada Kalina” planlaşdırılır. Ötən ilin mayın 45 min 900 avtomobil istehsal edilmişdi.

Yenidənqurma işləri işləri ilə əlaqədar rəngləmə kompleksi, o cümlədən, bəzi qaynaq xətləri bağlanacaq. Bu səbəbdən mayın 1-dən 15-inədək “Lada Kalina” avtomobili istehsal edilməyəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar