Kompüterdə 3 gün fasiləsiz oynadı və öldü
23 Fevral 2011 Çərşənbə 06:06
Komaya düşərək yaxınlıqda olan xəstəxanaya çatdırılan şəxsin həyatını xilas etmək mümkün olmayıb.
Çinin paytaxtı Pekindəki internet klublardan birində 3 gün 3 gecə fasiləsiz oyun oynayan bir nəfər ölüb. “Beijing Times” qəzetinin yaydığı məlumata görə, bu vaxt ərzində yerindən heç durmayan və yemək yeməyən 30 yaşlı şəxs qəfildən komaya düşüb. Yaxınlıqda olan xəstəxanaya çatdırılan şəxsin həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, həmin şəxs kompüter oyunlarına bir ayda 1120 avro pul xərcləyibmiş. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: