Klassik avtomobiller sergisi
06 Oktyabr 2013 Bazar 20:18
Ukraynanın Dnepropetrovsk şeherinde sovet istehsalı olan klassik avtomobiller nümayiş etdirilib.
Ukraynanın Dnepropetrovsk şəhərində izdiham yaşanıb. İnsanları bu şəhərə cəlb edən isə sovet istehsalı olan klassik avtomobillər olub. Nümayişdə 100-dən artıq “Jiquli”, “Moskviç” və “Volqa” kimi avtomobil tamaşaçıların diqqətinə çatdırılıb.
Festivalda əsasən 1970-ci illərdə istehsal olunan maşınlar nümayiş olunub. Bu avtomobillər arasında ən “yaşlısı” 100 il əvvəlin istehsalıdır. Avtomobillərin bəziləri sovet liderlərinin, eləcə də, xarici qonaqların kortejini müşayiət edib. Şou çərçivəsində klassik avtomobillərin yarışı da keçiriləcək. Amma bu yarışda sürət və vaxt amili ilə nəzərə alınmayacaq. Yarışın sonunda daha az yanacaq sərf edən avtomobil qalib hesab olunacaq.
DOSTLARINLA PAYLAŞ: