Kitayski Mercedes-Benz E-class gəlir
24 Dekabr 2011 Şənbə 17:04
Beijing Benz-in məhsulu Avropa və Cənub-Şərqi Asiya ölkələrinə satılacaq.
Daimler konserni ilə Çinin BAİC korporasiyası öz müştərək məhsullarını ixrac etmək qərarına gəliblər. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, “kitayski” Mercedes-Benz E-class Çindən ixrac olunacaq.
Qeyd edək ki, Mercedes-Benz və BAIC-in birləşməsindən yaranan Beijing Benz müəssisəsi indiyədək daxili bazar üçün Mercedes-Benz istehsal edirdi. Ancaq müştərək müəssisə Mercedes-Benz-i Avropa və Cənub-Şərqi Asiya regionu ölkərinə ixrac etməyi planlaşdırır.
Ekspertlər növbəti ildə Çinin premium-seqment avtomobillərinin satışına görə, Almaniyanı ötərək dünyada ikinci yerə yüksələcəyini proqnozlaşdırırlar.
DOSTLARINLA PAYLAŞ: