Kia Optima geri çağırılır
12 Mart 2011 Şənbə 18:51
Cənubi Koreyanın avtomobil istehsalçısı Kia Optima 70 min modelində nasazlıq aşkar edib.
Cənubi Koreyanın ikinci iri avtomobil istehsalıçsı şirkəti ilan “Kia Motors Corp.” 70 min ədəd “Optima” markalı modelini geri çağırır. Buna səbəb isə avtomobilin transmissiyasının təmirə ehtiyacının olmasıdır.

Şirkət rəsmiləri deyir ki, geri çağırılmaya əsasən 2006-cı ildən 2008-ci illərə qədər satılan və 3005-ci ilin 29 sentyabrından-2007-ci ilin 13 iyun tarixinə qədər istehsal edilmiş avtomobillərə şamil edilir.

Şirkət rəsmiləri iddia edir ki, transmissiyadakı nasazlıqlar avtomobilin mexaniki əyləc sisteminə qoyulmadıqda, maşının özü-özünə hərəkətinə səbəb ola bilər.

Xatırladaq ki, 2010-cu ilin sentyabrında “Kia” şirkəti daha 86 min ədəd avtomobildə nasazlıq aşkar edərək geri çağırmaq məcburiyyətində qalmışdı. O zaman maşının elektrik naqillərindəki nasazlıqlar avtomobilin salonunun həddindən artıq qızmasına səbəb olurdu.

Qeyd edək ki, “Kia Motors” “Carens”, “Magentis”, “Optima”, “Opirus” və “Amanti” brendləri altında avtomobil modelləri istehsal edir. Şirkətin səhmlərinin 38,6 faizi dünyanın avtomobil istehsalçıları arasında altıncı yeri tutan, Cənubi Koreyanın “Hyundai Motor”a aiddir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar