Kəndlərdə bankomatlar quraşdırılır
01 Fevral 2010 Bazar Ertəsi 10:25
Kəndlərdə bankomatlar quraşdırılır. Bu il onların sayı xeyli artırılacaq.
Hazırda ölkə üzrə bütün pensiyaçıların 97,3 faizi pensiyasını plastik kartla alır.
Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirib ki, bu məqsədlə 465 bankomat quraşdırılıb. Bunun da 85-i kənd yerlərinin payına düşür.
Onun sözlərinə görə, bu il kənd yerlərində bankomatların sayının artırılması, eləcə də plastik kartların pensiyaçılara bilavasitə bank filialları tərəfindən verilməsi barədə müvafiq banklar qarşısında məsələ qaldırılıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: