İran sərnişin təyyarəsi istehsal edəcək
14 May 2009 Cümə Axşamı 18:55
Orta mənzilli, 85 ilə 99 yerli "Antonov An-148" təyyarələrin hər biri 18–22 milyon dollara başa gələcək

 

İran Uklraynanın dəstəyi ilə "Antonov An-148" sərnişin təyyarəsi istehsal edəcək. ANS PRESS-in "CNN Türk"ə istinadən verdiyi məlumata görə, orta mənzilli, 85 ilə 99 yerli təyyarələrin hər biri 18–22 milyon dollara başa gələcək.

Xatırladaq ki, istehsalat lisenziyasını 2000-ci ildə Ukraynadan satın alan İran, qısa mənzilli, 52 yerlik ilk təyyarəni "İran-140" adı ilə 2003-cü ildə istehsal edib. Qeyd edək ki, İran ABŞ və Avropa ölkələrinin tətbiq etdiyi embarqo səbəbiylə "Boinq" və "Airbus" sərnişin təyyarələri ala bilmir. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar